Ukraynanın hücumu nəticəsində Rusiya rublu dəyər itirib

Ukraynanın hücumu nəticəsində Rusiya rublu dəyər itirib

Ukrayna ordusunun Kursk bölgəsində başlatdığı hücumun bir həftə davam etməsi ilə dollar/rubl pariteti bu gün 90 səviyyəsini keçib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, həftənin ilk ticarət günündə rubl dollar qarşısında dəyərinin təxminən 4,1 faizini itirib, dollar/rubl pariteti isə 90,5-ə yüksəlib.

Ukrayna ordusunun avqustun 6-da Rusiyanın Kursk ərazisinə daxil olmasından sonra iki ordu arasında başlayan qarşıdurmalar 7 gündür ki, davam edir. Kurskda vəziyyət “federal fövqəladə vəziyyət” səviyyəsinə qaldırıldığı halda, Kursk, Belqorod və Bryansk vilayətlərində terrorla mübarizə vəziyyəti elan edilib. Digər tərəfdən Rusiyanın ilhaq etdiyi Zaporojya vilayətinin qubernatoru adlandırılan Yevgeni Balitskiy dünən verdiyi açıqlamada Ukrayna ordusunun hücumu səbəbi ilə Zaporojya Atom Elektrik Stansiyasının soyutma sistemində yanğının baş verdiyini bildirib. Rusiya hakimiyyəti yanğının nəzarət altına alındığını və radiasiya təhlükəsinin olmadığını açıqlayıb. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, elektrik stansiyasında baş verən yanğına Rusiya səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə