Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında investisiyaların təşviqi

Türkiyənin Ticarət naziri Ömər Bolat Səudiyyə Ərəbistanının Ankaradakı səfiri Fəhad bin Əsəd Əbu əl-Nasr ilə görüşüb

Türkiyənin Ticarət naziri Ömər Bolat Səudiyyə Ərəbistanının Ankaradakı səfiri Fəhad bin Əsəd Əbu əl-Nasr ilə görüşündə ikitərəfli ticarət həcminin artırılması və qarşılıqlı investisiyaların təşviq edilməsinə diqqət yetirdiklərini bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, sosial media hesabında iki ölkə arasında ticarətin daha da yaxşılaşdırılacağı aspektləri ilə bağlı məsləhətləşmələr apardıqlarını söyləyən Bolat yazıb: "Görüşümüzdə ikitərəfli ticarət həcminin artırılması və qarşılıqlı investisiyaların təşviqi məsələlərinə diqqət yetirdik. Həmçinin Səudiyyə Ərəbistanının 2030-cu il görüntüsü çərçivəsində Türkiyə şirkətlərinin bu ölkədə həyata keçirdikləri layihələrin və turizm sahəsində əməkdaşlığın artırılmasından danışdıq."

Bütün xəbərlər Facebook səhifəmizdə