“Azərbaycan dünyanı narahat edən problemlərin həllində lider dövlətlərdəndir” - Sadiq Qurbanov

“Bu gün Azərbaycan dünyanı narahat edən problemlərin həll olunmasında lider dövlətlərdən biridir. Qlobal iqlim dəyişikliyinin aradan qaldırılması çətin problemdir. Lakin bu bəşəriyyətin üzləşdiyi və həll yollarını axtardığı yeganə problem deyil. Dünyada bir çox yeni və mürəkkəb ekoloji problemlər var. Müasirliyin ekoloji problemləri sistemli xarakter daşıyaraa ciddi araşdırma və diqqət tələb edir”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii Sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forumu zamanı çıxışında qeyd edib.

Deputat bildirib ki, ətraf-mühitin çirklənməsi dünyada hər iı 12,6 milyon insanın ölümünə səbəb olur: “Ətraf-mühitin qeyri-qənaətbəxş vəziyyəti dünya üzrə bütün ölümlərin 23%-nə, 5 yaşadək uşaqlar arasında ölümlərin 26%-nə səbəb olub. Heç kəsə sirr deyil ki, yer üzündə həyat sudan çox asılıdır. Eyni zamanda su insanların ən pis rəftar etdiyi substansiyadır. Çaylarımızın, dənizlərimiz çirklənməsi insan sağlamlığı üçün ciddi təhlükə yaradır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə