“Məqsədimiz tullantılardan istifadə edərək ətraf-mühitə öz töhfəsini verməkdir” - QURUM RƏSMİSİ BİLDİRDİ

“Bildiyiniz kimi, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu gün öz işinə başlayan “Gələcək üçün tullantıdan dəyərə” Forumu noyabr ayında keçiriləcək COP29 tədbirinə öz töhfəsini verəcək”. SİA xəbər verir ki, bu sözləri “Təmiz Şəhər” ASC-nin sədri Etibar Abbasov jurnalistlərə açıqlamasında deyib.

“Forumun adından da görünür ki, Azərbaycan tullantıların dəyərə çevrilməsi məsələsinə kifayət qədər önəm verir. Bu gün “Təmiz Şəhər” ASC tullantıların idarə edilməsi sahəsində xeyli iş görür. Əsas məqsədimiz tullantılardan maksimum istifadə edərək ətraf-mühitə öz töhfəsini verməkdir. İnanıram ki, bu forum bizim ümumi fəaliyyətimizə dəstək olacaq. COP29 kimi mötəbər tədbirə də layiqincə ev sahibliyi edəcəyik”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə