“Fondun məqsədi sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməkdən ibarətdir” - SƏDR BİLDİRDİ

“Cari ildə Qarabağın bərpası və yenidən qurulmasında iştirak edən şirkətlərə kreditlər güzəştli şərtlərlə verilir”. SİA xəbər verir ki, bu sözləri Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nin açılışında çıxışı zamanı deyib.

O bildirib ki, güzəştli kreditin minimum məbləği 5 milyon manatdır və 7 il müddətinə 15 faizlə verilir ki, bunun da 10 faizini dövlət subsidiya şəklində ödəyir.

“Fondun əsas məqsədi sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməkdən ibarətdir. Bu istiqamətdə həyata keçirilən işlərin nəticəsi olaraq istehsal sahələrində fəaliyyət göstərən bir sıra şirkətlər inkişaf edərək nəinki yerli, eləcə də xarici bazara çıxış əldə ediblər. Fonda daxil olan 48 şirkətin müraciətinə baxılıb və onlara 1,5 milyard manat kredit ayrılıb. Fond istehsal sahələrinin artması və xarici bazarlara Azərbaycan istehsalı olan məhsulun çıxarılması istiqamətində fəaliyyət göstərən sahibkar və şirkətlərə xüsusi diqqət verir”, - deyə Osman Xaliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə