Naxçıvanda aktiv obyektlərin vergi daxilolmaları 2,1 dəfə artıb

Naxçıvan Muxtar Respublikasında 2024-cü il iyunun 1-nə əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 7,2 faiz artaraq 5709-a çatıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, yanvar–may ayları ərzində həmin obyektlərdən vergi daxilolmaları ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə və ya 2,3 milyon manat artaraq 4,5 milyon manata yaxın olub.

Bütün xəbərlər Facebook səhifəmizdə