“Sosial şəbəkələrdən əldə olunan gəlirlərə görə vergi vermək məcburidir” - MÜNASİBƏT BİLDİRİLDİ
“Sosial şəbəkələrdən əldə olunan reklam və digər gəlirlərə görə gəlir vergisi vermək məcburidir. Hətta gəlir vergisi verməməyə görə Vergi Məcəlləsinə uyğun olaraq sanksiyalara məruz qala bilərlər. Gizlədilmiş məbləğin 50 faizi qədər cərimə tətbiq oluna, hətta əhəmiyyətli rəqəmlər olanda Cinayət Məcəlləsinə qədər gedə bilər. Yəni sosial şəbəkələrlə bağlı gəlir vergisi birmənalı olaraq var və verilməlidir". Bu sözləri SİA-ya iqtisadçı Xalid Kərimli deyib.
Mütəxəssis qeyd edib ki, burada qeydiyyat forması da çox önəmlidir: "Fiziki və ya hüquqi şəxs kimi fəaliyyət göstərməsinə uyğun olaraq fərqli vergi rejimi formalaşır. Fiziki şəxs kimi tək fəaliyyət göstərirsə, 20 faiz vergi verməlidir. Amma 3 və ya daha çox işçisi olan mikro sahibkar 5 faiz vergi verməlidir. Mikro sahibkar deyil, kiçik müəssisədirsə də 20 faiz vergi vermək öhdəliyi var”.
“Həmçinin, gizlətdikləri məbləğin üstü açılanda da onun 50 faizini cərimə kimi ödəməlidirlər. Qısacası, bu, işçi sayından, dövriyyədən, hüquqi və fiziki şəxs olmasından asılı olaraq fərqli vergi öhdəlikləri formalaşdırır",- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB