"Kosmik ölkə kimi də inkişafımızı təmin etmək niyyətindəyik" - DEPUTAT ŞƏRH ETDİ

“Bizi bu gün daha çox maraqlandıran iqtisadi artımın keyfiyyəti, innovativliyidir. Qeyri-neft, qeyri-qaz sektorunda isə istər büdcə ödəmələrində, istərsə də Ümum Daxili Məsulda 51 faizi keçmişik. Bu da onu göstərir ki, biz ilbəil neft və qazdan aslılığımızı azaldırıq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, hazırda əsasən qeyri-neft sektorunda istehsalatın səviyyəsinin qalxmasında maraqlıyıq: “Kənd təsərrüfatı məsulu artarsa, məsul emal edən müəssisələrin də sayı artacaq. Biz çalışmalıyıq ki, daxili bazarı qida məsulları ilə 80-85 faiz özümüz təmin edək.

Yaşıl enerji, neft-kimya istehsalının inkişafı da dövlətimiz üçün olduqca maraqlı məsələdir. Biz şimal, cənub, şərq, qərb indi isə orta koorridoru inkişaf etdiririk. Bu gün ildə 15-20 milyon ton yük daşınmasını həyata keçiririk və məqsədimiz gələcək zamanda bu rəqəmi daha da artırmaqdır. Artıq səmada bizim 3 peykimiz var və dördüncü peykin buraxılması üçün çalışırıq. Təbii ki, oradan gələn gəlirlər də bizim üçün xüsusilə maraqlıdır. Yəni, kosmik ölkə kimi də inkişafımızı təmin etmək niyyətindəyik. Ümumilikdə isə əsas məqsədimiz iqtisadi artımın keyfiyyəti və adambaşına düşən gəlirin artırılmasıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə