Son beş ildə sığorta bazarının həcmi 2 dəfə böyüyüb - AMB

Son beş ildə sığorta bazarının həcmi 2 dəfə böyüyüb. Sığorta bazarının miqyasının və dərinliyinin genişləndirilməsi başlıca prioritetlərdəndir. SİA xəbər verir ki, bunu Mərkəzin Bankın İdarə (AMB) Heyəti sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi konfransı”nda deyib.

O qeyd edib ki, son 20 ildə Azərbaycan əhəmiyyətli inkişaf mərhələsi keçib.

“Ölkəmizdə makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib, iqtisadi artımın inklüzivliyi təmin olunub. Hazırda Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə daxil olub. Son illərdə maliyyə sahəsi davamlı inkişafla xarakterizə olunur. Mərkəzi Bank maliyyə bazarlarının sabitliyi və dayanıqlılığının təmin edilməsi sahəsində tədbirlər həyata keçirir”, - deyə sədrin birinci müavini əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə