KOBİA Tacikistan biznesinə Azərbaycanda tərəfdaşların tapılmasında köməklik göstərə bilər

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Tacikistanın biznes dairələrinə Azərbaycanda tərəfdaşların tapılmasında köməklik göstərə bilər. SİA xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.

"Mövcud mexanizmlər çərçivəsində Azərbaycanda biznes fəaliyyəti təşkil etmək istəyən Tacikistanın işğuzar dairələrinə dəstək verməyə hazırıq. Biz onlara daxili bazarın araşdırılmasında, "KOB dostu" şəbəkəsi vasitəsilə biznes tərəfdaşların tapılmasında köməklik göstərə bilərik", - deyə o qeyd edib.

O. Məmmədov eyni zamanda Tacikistadan olan kolleqalarla "bir pəncərə" prinsipi üzrə G2B və B2B xidmətlərinin göstərilməsi sahəsində əldə edilən uğurlu təcrübə ilə bölüşməyə də hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə