Naxçıvanda bu il 68 dövlət əmlakı özəlləşdirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin dörd ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi sahəsində işləri davam etdirir. SİA-ya Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 68 dövlət əmlakı özəlləşdirilib.

2024-cü ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə daxilolmalar 683,0 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 dəfə çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə