Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib - İqtisadiyyat Nazirliyi
Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib. SİA xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin hüquq şöbəsinin müdir müavini Nurani Abbasova Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Biznesin müflisləşməsi” işçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, yeni qanuna əsasən Qiymətləndiricilər Palatasının yaradılması nəzərdə tutulur.
Nurani Abbasova əlavə edib ki, bu Palataya üzv olmayanlar qiymətləndirici fəaliyyətini həyata keçirə bilməyəcəklər.
Bundan başqa, qiymətləndirici olmaq üçün ən azı 3 il ərzində Palatanın üzvü olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB