Mərkəzi Bankda maliyyə bazarlarındakı son meyllər müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) banklarla maliyyə bazarlarındakı son meyllər müzakirə edilib. SİA xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşdük. Görüşdə cari ilin ilk rübünün nəticələrini və sektorun gündəmində olan mühüm məsələləri nəzərdən keçirdik", deyə qeyd edib..

T. Kazımov bildirib ki, həmçinin maktoriqtisadi amillər, banklararası bazarda və ümumilikdə sektorda mövcud olan meyillər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə