Gəncədə sahibkarlara çıxarışlar təqdim olunub

Gəncə şəhərində istismarına icazə verilən obyektlərin çıxarışları sahibkarlara təqdim olunub. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.

Qeyd olunur ki, sözügedən Fərmanın icrası çərçivəsində mayın 2-də Gəncə şəhərində bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə