Azərbaycanda dövlət şirkətinin adı dəyişdirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Təhlükəli Tullantılar" MMC-nin adı "Tullantıları İdarəetmə Mərkəzi"nə dəyişdirilib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən şirkət 2004-cü ildə təhlükəli tullantıları zərərsizləşdirmək məqsədi ilə Sumqayıtda yaradılıb. Onun nizamnamə kapitalı 200 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə