Dövlət Komitəsinin saytından dəstək xəttinə artıq birbaşa zəng etmək mümkündür

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş veb-səhifəsinin (family.gov.az) mobil versiyasında (012) 860 gender-əsaslı zorakılıqla bağlı dəstək xəttinə birbaşa zəng etmək funksiyası əlavə edilib. Dövlət Komitəsindən SİA-ya bildirilib ki, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi məqsədi daşıyan bu funksiya ilə məişət zorakılığına məruz qalan şəxslər dəstək xəttinə müraciət edə bilərlər.

Qeyd edək ki, Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə yaratdığı dəstək xətti gender-əsaslı zorakılıqla üzləşmiş şəxslərə məlumat və məsləhət xidmətləri göstərir. Müraciət etmiş şəxslər gender-əsaslı zorakılıq və məişət zorakılığı, eləcə də müvafiq dəstək xidmətləri ilə bağlı məlumatlar ala, zəruri hallarda təmənnasız psixoloji konsultasiya ilə təmin oluna bilərlər.

Şəhər telefonlarından birbaşa 860, mobil nömrələrdən və ölkənin regionlarından isə 012 860 yığmaqla da dəstək xətti ilə əlaqə saxlamaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə