Bu arada Ukraynanın qaz və enerji infrastrukturuna hücumlardan sonra Avropada qazın qiyməti 10 faiz bahalaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazır.

Martın sonunda rus qoşunları Ukraynanın enerji obyektlərinə hücumları bərpa edib.

Partlayış səsləri İvano-Frankivsk, Xmelnitski, Vinnitsa və Lvov vilayətlərində, həmçinin Kiyev, Xarkov, Krivoy Roq və Sumıda eşidilib.

Ukraynanın DTEK enerji holdinqi Ukraynanın istilik elektrik stansiyalarına genişmiqyaslı hücumlar nəticəsində istehsal gücünün 80 faizini itirdiyini açıqlayıb.

Və "Centerenerqo" şirkəti Kiyev vilayətindəki Trypilska İstilik Elektrik Stansiyasının tamamilə dağıdılması barədə məlumat verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə