“Qlobal dəyişikliklər dünya iqtisadiyyatına təsirsiz ötüşmür” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qlobal dəyişikliklər dünya iqtisadiyyatına təsirsiz ötüşmür” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bütövlükdə qlobal dəyişikliklər dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Sözsüz ki, bu gün dünya iqtisadiyyatına ən çox təsir göstərən amil məhz Rusiya-Ukrayna müharibəsidir. Amma qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsinin iqtisadiyyata təsirləri müharibənin başladığı ilk dövrlər ilə müqayisədə xeyli dərəcədə azalıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, 2022-ci ildə dünya bazarında kəskin qiymət artımları müşahidə etdik: “Bu da nəticə etibarilə qlobal iqtisadiyyatda nəinki qiymət artımı, eyni zamanda durğunluq yaratdı.

Daha sonra iqtisadiyyatın Rusiya-Ukrayna müharibəsinin təsirləri, enerji bazarında baş verən dəyişikliklərə uyğunlaşmasını müşahidə etdik. Bu səbəbdən ötən dövrdə qlobal iqtisadiyyat xeyli dərəcədə müşaqişəyə və digər konfliktlərə uyğunlaşıb.

Azərbaycan iqtisadiyyatına təsirlərinə gəldikdə isə Rusiya-Ukrayna müharibəsi 2022-ci ildə Azərbaycan istehlak bazarında qiymət artımları ilə müşahidə olundu. Amma buna rəğmən Azərbaycan istehlak bazarında tarazlıq qorunub saxlanıldı. Hökumət tərəfindən həyata keçirilən tədbirlər imkan verdi ki, məhz müharibənin regional təsirləri, o cümlədən Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdırmaq mümkün olsun.
Artıq Azərbaycan iqtisadiyyatı yenidən artım dövrünə qədəm qoyub. 2023-cü ildə də iqtisadiyyatda artım qeydə alındı, amma 2024-cü ilin ilk aylarında artım daha sürətli baş verdi. Bu isə ondan xəbər verir ki, indiki halda biz Azərbaycan iqtisadiyyatının stabil olaraq inkişafını müşahidə edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə