Azərbaycan martda OPEC kvotasını 87,3 % istifadə edib

Azərbaycan martda OPEC kvotasını 87,3 % istifadə edib

Bu ilin mart ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 605 min barel olub. SİA-nın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 481 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 87,3 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə