Zərgərlik bazarında qiymətlər necə tənzimlənir? - QURUM RƏSMİSİ AÇIQLADI
"Qızıl bazarında 8 Mart və Novruz bayramı öncəsi aktivlik var idi. Lakin ümumi götürdükdə bazarda alıcılıq zəif olub. Bayram günlərində insanlar istirahət etməyə daha çox üstünlük verirlər. Lakin son üç ildə ölkəmizdə zinət bazarı böyük inkişaf dinamikası keçib. 2020-ci ildə zərgərlik bazarının dövriyyəsi 32 milyon manat idisə, 2023-cü ildə bu rəqəm 230 milyon manatı keçdi. Ancaq son altı ayda bazarda ciddi zəifləmə müşahidə olunur. Bunun əsas səbəbi xam qızılın qiymətində ciddi artımın olmasıdır. Bu da məmulatların qiymətinə təsir edir və alıcılıq qabiliyyəti aşağı düşür". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.
Onun sözlərinə görə, ümumi götürdükdə zərgərlik bazarı qiymətli metalların və daşların birja qiyməti ilə tənzimlənir: “Son beş il ərzində zərgərlik bazarında mart ayının əvvəlində bahalaşma olur. Bu da dünyada 8 Mart bayramı münasibətilə zərgərlik məmulatlarının satışının artması ilə bağlıdır. Dünyada hasil olunan qızılın 52%-i zərgərlik məmulatlarının istehsalına yönəldilir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB