FED uçot dərəcəsini sabit saxlayıb

FED uçot dərəcəsini sabit saxlayıb

ABŞ Federal Ehtiyat Sistemi (FED) növbəti dəfə baza dərəcəsini illik 5,25-5,5 faiz səviyyəsində saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda bildirilib.

Eyni zamanda, nizamlayıcı ABŞ-ın cari il üçün ÜDM artımı proqnozunu 1,4 faizdən 2,1 faizə qədər yaxşılaşdırıb. 2025-ci ildə FED indi əvvəllər gözlənildiyi kimi 1,8 faiz deyil, 2 faiz artım proqnozlaşdırır.

FED ölkədə inflyasiya proqnozunu 2,4 faiz səviyyəsində saxlayıb, 2025-ci il üçün isə onu 0,1 faiz artıraraq 2,2 faizə çatdırıb.

Xatırladaq ki, Federal Ehtiyat Sistemi yanvarın 31-də də baza dərəcəsini illik 5,25-5,5 faiz səviyyəsində saxlamışdı. Qərar komitə üzvləri tərəfindən yekdilliklə qəbul edilmişdi, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşmüşdü.

Bu göstərici son 23 ilin ən yüksək səviyyəsinə çatdığı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə