İşlənmiş əskinaslar zədələndiyi halda NƏ ETMƏLİ? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

İşlənmiş əskinaslar zədələndiyi halda NƏ ETMƏLİ? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

“Mərkəzi Bank tərəfindən işlənmiş əskinasların zədələndiyi halda dövriyyədən çıxarılması və yeni əskinaslarla əvəzlənməsi həyata keçirilir. Eyni zamanda Mərkəzi Bank zədələnmiş əskinasların dəyişdirilməsini də təmin edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Deputat bildirib ki, əskinaslar dəyişdirilir və eyni qədərdə vətəndaşa pul ödənilir: “Vətəndaşlar pulları zədələndiyi təqdirdə Mərkəzi Banka müraciət etməklə zədələnmiş pulun əvəzinə, yeni pul ala bilər.

Nəzərə almalıyıq ki, pulların böyük əksəriyyəti banklar tərəfindən dövr edir. Praktiki olaraq Mərkəzi Bank da pul dövriyyəsinə nəzarət edən qurumdur. Buna görə də Mərkəzi Bank bir tərəfdən pul dövriyyəsinin həcmini, həm də zədələnmiş əskinasların sayına uyğun olaraq pulların dəyişdirilməsini həyata keçirir.

Həmçinin bir sıra hallarda dizayn və təhlükəsizlik baxımından da pulların dəyişdirilməsi, yeni əskinasların emissiyası həyata keçirilir. Bu yalnız Azərbaycanda belə deyil. Məsələn, ABŞ-da da dolların yenilənməsi prosesi mütəmadi olaraq həyata keçirilir. Azərbaycanda da dizayn və təhlükəsizlik baxımından pulların emissiyanın həyata keçirilməsi reallaşır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə