"Ötən ildə qeyri-neft ixracı 9.8% artıb" - BAŞ NAZİR

"Ötən ildə qeyri-neft ixracı 9.8% artıb" - BAŞ NAZİR

“Hesabat ilində ölkədə 123 mlrd. manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Nazir qeyd edib ki, əhalinin hər birinə düşən ÜDM isə 0,5% artaraq 12,1 min manat (7,1 min ABŞ dolları) təşkil edib. 2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7% azaldığı halda, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,7% artıb. Qeyri neft-qaz sənayesi 8,0% artıb. 2023-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 45 mlrd. ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 10.3 mlrd. dollar olub. Qeyri-neft ixracı 9.8% artaraq 3,3 mlrd. dolları üstələyib”.

Bütün xəbərlər Facebook səhifəmizdə