"BP-nin Azərbaycanda operatora çevrilməsi tarixi prosesin nəticəsidir" - EKSPERT BİLDİRDİ
“Azərbaycanda dənizdə istehsal olunan neft əsasən Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən istehsal olunur və British Petroleum (BP) tərəfindən idarə olunur. ABƏŞ-in özündə ən böyük pay sahibi də elə BP-nin özüdür. Bu baxımdan hesab edirəm ki, BP indiyə qədər Azərbaycan iqtisadiyyatına böyük töhfə verib. Hazırda rol oynamaqda da davam edir. Azərbaycanın əsas ixrac nefti məhz dənizdən çıxarılan neftdir. Dövlət Neft Şirkəti (SOCAR) daha çox qurudan çıxarılan neftlə məşğul olur”. Bu barədə SİA-ya açıqlamasında iqtisadçı ekspert Elçin Rəşidov bildirib.
E.Rəşidov qeyd edib ki, bu sahədə BP-ni əvəz etməyə namizəd Rusiyanın 2 şirkəti, İtaliya və Fransa şirkətləri ola bilər: “Hesab edirəm ki, rəqabət bu ölkələr arasındadır. BP-nin o şirkətlərdən daha yaxşı yoxsa pis olması barədə təhlil aparılmayıb. Bu geniş təhlil mövzusudur. Digər şirkətlərlə müqayisə edilmədiyi üçün hansı şirkətin Azərbaycan neftini daha səmərəli şəkildə nəql edə bilməsini deyə bilmərik”.
Ekspertin sözlərinə görə, tarix elə gətirib ki, BP Azərbaycanda daha çox paya malik oldu və operatora çevrilib: “Digər ölkələr onun qədər paya malik deyillər. Şirkətləri müqayisə etdikdə bunu da nəzərə almaq lazımdır. BP-nin operatora çevrilməsi tarixi prosesin nəticəsidir. BP buraya daha çox gəlib, daha çox investisiya qoyub. Bunun təməlində isə iqtisadi faktorlardan daha çox siyasi və diplomatik faktorlar dayanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB