“Azərbaycan regional dövlətlərin iqtisadi inkişafına xüsusi töhfə verən ölkədir” - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycanın son 20 ildə reallaşdırdığı layihələr regional əhəmiyyət daşıyır. Bunların bir qismi isə xüsusilə ciddi əhəmiyyətə malikdir. Belə ki, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi layihələr sözsüz ki, regionun inkişafına mühüm töhfə verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, adıçəkilən layihələr Azərbaycanın dövlət gəlirlərinin artmasına da şərait yaradır: “Cənub Qaz Dəhlizi Azərbaycan və gələcəkdə Mərkəzi Asiyanın bir sıra dövlətlərinin enerji resurslarının Türkiyə və Avropa bazarına çıxarılmasını təmin edəcək. Artıq Azərbaycan 12 milyard kub metrə yaxın qazı sözügedən layihə vasitəsilə Avropaya çıxarır.
Bakı-Tbilisi-Qarsın ötürmə qabiliyyətinin bir milyondan 5 milyon tona çatdırılması ilə bağlı işlər gedir. Bununla əlaqədar Azərbaycan büdcəsindən lazımi vəsait ayrılıb. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr regionun, eyni zamanda ölkəmizin inkişafına sözsüz töhfə verir. Bu kontekstdə artımlar müşahidə olunur. Bu gün Azərbaycan regional təhlükəsizliyə və əməkdaşlıq etdiyimiz regional dövlətlərin iqtisadi inkişafına xüsusi töhfə verən ölkədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB