''Togg'' fevral ayında da elektrik avtomobil bazarında liderliyini qorudu

''Togg'' fevral ayında da elektrik avtomobil bazarında liderliyini qorudu

Türkiyənin yerli elektromobili ''Togg'' fevral ayında da elektrik avtomobil bazarında liderliyini qorudu.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Türkiyədə fevral ayında 4713 elektrikli avtomobil satılıb.
Türkiyənin yerli elektromobili ''Togg'' bazardakı liderliyini qoruyub.
Elektrikli avtomobil markaları arasındakı liderliyini davam etdirən ''Togg'' fevral ayında 1201 ədəd elektromobil satdı.
Togg''dan sonra ən çox satılan markalar BMW, ''Ssangyong'', ''Mercedes-Benz'' və ''Opel'' oldu. Fevral ayında 75 elektromobil satan ''Tesla'' siyahıda 11-ci yerdə qərarlaşdı.
Digər tərəfdən ''Togg''un ən çox satılan modeli ''T10X'', ''Ssangyong''ın ''Torres'', BMW-in ''5 Series'' və MG-nin ''MG4'' oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə