Muxtar Babayev Yeni Zelandiya səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Muxtar Babayev Yeni Zelandiya səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Yeni Zelandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoe Daun Kolson-Sinkler ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri müzakirə olunub və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə