“Dəmir Bank”ın əmlakı hərraca çıxarılır

“Dəmir Bank”ın əmlakı hərraca çıxarılır

Martın 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək. SİA xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 12N ünvanında, "Atəşgah" məbədinin yanında yerləşən, dəyəri 260 min manat olan 529,9 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə