"İlin sonuna kimi Zabuxçay su anbarının yekunlaşmasınə gözləyirik" - QURUM RƏSMİSİ

"İşğaldan azad ərazilərdə böyük layihələr həyata keçiririk. Bu ərazilərdə dövlət başçısı tərəfindən bütün sahələrə xüsusi diqqət göstərilir. Məhz bizim layihələrdə cənab Prezidentin və Birinci vitse-prezidentin iştirakı daha da məsuliyyətli olmağımızı tələb edir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifov deyib.

"İşğaldan azad olunmuş ərazilərdə bir sıra işlər var ki, ilin sonuna kimi bitirməyi nəzərdə tutmuşuq. Bu işlərdən biri də Zabuxçay su anbarının yekunlaşmasıdır",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə