Türkiyə ilə İraq arasındakı İnkişaf Yolu Layihəsi üzərində işlər sürətlənib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu iki ölkənin İnkişaf Yolu Layihəsi üçün qarşılıqlı mərkəzlər açacağını bildirib.
Şərqi Asiya və Fars körfəzindən İraqın cənubunda inşa edilən Fav limanına daşınacaq yüklər Türkiyəyə, oradan isə Avropaya gedəcək.
Türkiyə-İraq İnkişaf Yolu Layihəsi ilə bölgədə nəqliyyatın asanlaşacağı nəzərdə tutulur.
Ümid burnundan təxminən 45 və Qırmızı dənizdən 35 gün sürən nəql layihə tamamlandıqdan sonra cəmi 25 gün ərzində mümkün olacaq.
Türkiyə-İraq İnkişaf Yolu Layihəsi 2088 kilometr dəmir yolu bağlantısı üçün 615 kilometr yeni xətt tikintisi gedəcək.
1912 kilometrlik magistral dəhliz üçün 320 kilometrlik yeni avtomobil yolu investisiyası nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB