“Elektrik maşınları zərurətə çevrilib“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Elektrik maşınları zərurətə çevrilib“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hazırda elektrik maşınları zərurətə çevrilib, artıq dünyada elektrik maşınlarının çoxalması müşahidə olunur və dövlətlər bunu təşviq edirlər. Hətta maşın istehsal edən zavodlar, böyük şirkətlər daxiliyanma mühərriki olan maşınların artıq istehsalını ilbəil azaldaraq, dayandırmağı qarşıya hədəf qoyublar. Çünki günümüzdə atmosferə atılan tullantıların böyük bir hissəsi maşınlara aiddir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, ekologiyanın təmizlənməsi, dünyanın müdafiəsi üçün atılan addımlardan biri də elektrik maşınlarının təşviq edilməsidir: “Bu gün elektrik maşınlarında istifadə olunan enerji olaraq ənənəvi enerjidən istifadə olunur. Lakin alternativ enerji mənbələrindən istifadə edilməsi daha da effektiv olacaq. Qısa bir müddət ərzində alternativ enerji mənbələri hesabına hərəkətə keçən elektrik maşınlarının istifadəsinə keçilməsi daha da dünya üçün uğurlu addım olacaq. Azərbaycan da bu məsələdə maraqlıdır. Dünyada lider ölkələrdən biriyik. Yaşıl enerjinin istehsalı ilə yanaşı ixracı haqqında da düşünür, bu istiqamətdə çalışırıq. Ölkə başçısının bu istiqamətdə dəfələrlə çıxışları və tapşırıqları olub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə