Azərbaycan vətəndaşları hansı xarici valyutaya üstünlük verir? - EKSPERT AÇIQLADI
Azərbaycan vətəndaşları pullarını manatla yanaşı xarici valyuta vasitələri ilə saxlamağa üstünlük verir. Bəs Azərbaycanda vətəndaşların pul yığmaq üçün ən əlverişli hesab etdiyi valyuta hansıdır? SİA olaraq mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimlinin fikrini öyrəndik.
Ekspert bildirib ki, bu gün Azərbaycan vətəndaşları bütün dünyada olduğu kimi pul yığımı vasitəsi olaraq Amerika Birləşmiş Ştatları dolları (USD) istifadə edir: "Bunu həm müşahidələr, həm də Mərkəzi Bankın statistikaları göstərir. Son statistikalara görə, vətəndaşlar hətta banklardakı depozitlərini də dollara qoyurlar. Statistikaya baxdıqda onu görə bilərik ki, dollara olan maraq əvvəlki dövrlərlə müqayisədə azalıb. Hazırda vətəndaşlar dollar yerinə yerli valyutamız manata daha çox maraq göstərir".
X.Kərimlinin sözlərinə görə, vətəndaşların sadəcə dollara maraq göstərdiyini demək də olmaz: "Bundan əlavə digər ölkələrin valyutalarına da hazırda maraq var. Vətəndaşlar dollarla yanaşı avro, funt-sterlinq, kimi valyuta vasitələrinə də maraq göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB