Mebel idxalına çəkilən xərc 12% artıb

Bu ilin yanvar ayında Azərbaycan 10 milyon 186,47 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 1 milyon 091,25 min ABŞ dolları və yaxud 12 % çoxdur.

Mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,89 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə