Azərbaycan-ABŞ enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ABŞ enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ABŞ enerji tərəfdaşlığı “yaşıl enerji” dəhlizlərinin inkişafı müstəvisində dəyərləndirilib. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Vaşinqtonda ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə müasir çağırışlara uyğun ikitərəfli enerji əməkdaşlığı gündəliyimizi yeniləyən müzakirələrimiz oldu. Azərbaycan-ABŞ enerji tərəfdaşlığını “yaşıl enerji” dəhlizlərinin inkişafı müstəvisində dəyərləndirdik”, - deyə nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə