Bakıda 101 marşrut xətti nağdsız ödənişə keçib

Bakıda 101 marşrut xətti nağdsız ödənişə keçib

Bakı şəhərində 180 müntəzəm marşrut xətti var ki, onların 101-i nağdsız ödənişə keçib. 600 avtobus nağdsız ödənişə keçməyib, onlardan da 350-də müəyyən problemlər var. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov “Rəqəmsal Dialoq” çərçivəsində deyib.

O qeyd edib ki, bu avtobusların texniki vəziyyəti nağdsız ödənişə keçiddə AYNA üçün müəyyən çətinliklər yaradır: “Bundan başqa, nağdsız ödənişə keçidlə bağlı daşıyıcılar tərəfindən də müəyyən müqavimətlər olur”.

Bütün xəbərlər Facebook səhifəmizdə