“Neftdən asılılığın aradan qaldırılması aktualdır” - DEPUTAT DANIŞDI

“Neftdən asılılığın aradan qaldırılması aktualdır” - DEPUTAT DANIŞDI

“Qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün prioritet məsələlərdəndir. Qeyri-neft sektorunun inkişafı üçün fərqli sektorların istehsal və ixrac imkanlarının artırılması ilə bağlı işlər həyata keçirilir. Digər tərəfdən qeyri-neft ixracatının artırılması bu sahədən ölkəyə daha çox valyutanın daxil olmasına səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, aqrar sektorla yanaşı, həm də sənayedə qeyri-neft sektorunun istehsal və ixracat imkanlarının artırılmasına ehtiyac var: “Azərbaycanın aqrar potensialını nəzərə alsaq, emaledici sənayenin inkişaf etdirilməsi ölkəyə daha çox valyuta daxil olmasına imkan yarada bilər. Buna görə də praktik olaraq bu istiqamətdə həyata keçirilən işlər iqtisadiyyatın qeyri-neft sektoru üzrə fərqli sahələrin inkişaf etdirilməsinə və neftdən asılılığın aradan qaldırılmasına xidmət edəcək. Neftdən asılılığın aradan qaldırılması daha da aktualdır, əsas hədəf qeyri-neft sektorunun payının artırılmasıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə