Bayramlarda "endirim tələsi"nə düşməmək üçün NƏ ETMƏLİ? - EKSPERT İZAH ETDİ

Bayramlarda "endirim tələsi"nə düşməmək üçün NƏ ETMƏLİ? - EKSPERT İZAH ETDİ

Qarşıdan bayramlar gəlir və insanlar endirimlərə üz tuturlar. Aldanmamaq üçün nə etməliyik? SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimlinin fikrini alıb.

Ekspert bildirib ki, sahibkarları struktur kimi ən cəmiyyətdə ən layiqli sektor, dövlətdə istəyənlərdən daha faydalı seqment hesab edir: "Sahibkarlıq Azərbaycanda həmişə ən layiqli masalarda olmalıdır. Çünki sahibkar iş yeri yaradır. Burada cəmiyyətin burada qarşıdurması daha çox Marksizmdən gələn məsələdir ki, aldadan və aldanan kütlə var".

Onun sözlərinə görə, qiymətə həssas, gəlirləri məhdud olan təbəqə öz ehtiyaclarını düzgün müəyyənləşdirməlidir: "Qeyri-zəruri alış-veriş edəndə ucuz alsan da geri düşürsən. Bir prioritet müəyyənləşməlidir ki, nəyi almaq istəyir. Bundan sonra da bunların qiyməti müqayisələrini aparmalıdır. Onlayn məhsulların gətirilməsi zamanı çox gözəl vergi güzəşti verilib ki, bu sahibkarları əzir. Sahibkar vergi güzəşti yoxdur, amma onlayn mal gətirənə vergi güzəşti var. İnsanlar nə almaq istədiyini dəqiq müəyyənləşdirməli və bunun müqayisəsini aparmalıdırlar. Ən əlverişli vaxtda bu alışları etməlidirlər. Əgər sahibkar rəqabət şərtləri, qanunvericiliyə uyğun fəaliyyət göstərirsə, inhisarçı deyilsə, öz məhsuluna nə qədər qiymət qoyur və endirim edir bu onun qanunvericilik çərçivəsində verə biləcəyi qərarlar siyahısındadır".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə