Xaçmazda emal olunan fındığın 90 faizi xarici bazara göndərilir
Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən sayılır. Kənd əhalisinin əsas qazanc mənbələrindən olan fındıq istehsalı son illər daha da artıb. Bu səbəbdən rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi ilə yanaşı, artıq fındığın emalı və təkrar emalını həyata keçirən fabriklər də fəaliyyətə başlayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, rayonun Qusarçay kəndində fəaliyyət göstərən fındıq fabrikində gün ərzində 20 ton məhsul emal olunur.
Fabrikdə təsərrüfatçılardan alınan qabıqlı fındıq sındırılaraq ləpə halına salınır. Emal olunan fındıq ləpəsinin 90 faizi xarici bazara ixrac edilir.

Müəssisənin icraçı direktoru Malik Eldarov bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən fabrikdə 150 işçi çalışır. Burada emal olunan məhsullar Rusiya, Almaniya, İtaliya, Belçika, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrə göndərilir.
“Emal prosesini günün tələblərinə uyğunlaşdırmaq üçün yeni addımlar atılır. Əvvəllər məhsul xaricə ancaq ləpə formasında göndərilirdi. İndi biz təkrar emal da həyata keçiririk. Ləpələnmiş fındıq təkrar emaldan sonra qovurularaq bütöv halda, doğranmış və üyüdülmüş formada qablaşdırılır. Çünki indi xarici bazarda daha çox belə məhsula ehtiyac var. Bu məhsullar əsasən müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur”, - deyə Malik Eldarov əlavə edib.

Fabrikdə emal edilən fındıq xarici bazarla yanaşı, paytaxtda yerləşən marketlər şəbəkələrinə də təqdim olunur.
Gələcəkdə müəssisənin emal imkanlarını daha da genişləndirmək nəzərdə tutulur. Dövlət tərəfindən regionlarda sahibkarlığın inkişafına yaradılan şərait buna imkan verir.
“Biz tez-tez xarici ölkələrdə keçirilən satış-sərgilərə qatılıb, məhsullarımızı potensial alıcılara təqdim edirik. Həmin sərgilərdə iştirakımız dövlət tərəfindən təmənnasız təşkil olunur. Hər dəfə sərgilərdə təqdimatla çıxış etdikdən sonra xarici bazara yeni çıxış imkanları qazanırıq”, - deyə Malik Eldarov söyləyib.
Rayondakı fındıq bağlarının ümumi sahəsi 12 min hektara yaxındır. Bu bağların 10 min hektarı barverəndir. Təsərrüfatçılar cari mövsümdə rayon bağlarından 8 min 462 ton məhsul əldə ediblər.
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



