“COP29-un Azərbaycanda keçirilməsi dünya dövlətlərinin böyük inamının göstəricisidir” - ŞƏRH EDİLDİ
“Azərbaycan iqlim dəyişmələri, ekologiya və ətraf mühitin mühafizəsi məsələsində ən qabaqcıl ölkələr sırasındadır və bu istiqamətdəki beynəlxalq tədbirlərdə ön sıralarda təmsil olunur. COP29-un Azərbaycanda keçirilməsi dünyanı idarə edən qurumlar, ölkələrin dövlətimizə olan böyük inamının göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, COP29 BMT Baş Assambleyasına bərabər olan tədbirdir: “Bu tədbir çərçivəsində 100-dən çox ölkədən Azərbaycana 80 min qonaq gələcək. Xüsusilə də, qonaqlar arasında dövlət rəhbərləri və rəsmiləri, dünya üzrə tanınan aidiyyatı üzrə ekspertlərin iştirakı diqqətçəkən məqamlardandır. Azərbaycan yaxın gələcəkdə enerji təminatının 30 faizə qədərini yaşıl enerji istifadəsi ilə tamamlayacaq. Bu da onu göstərir ki, Azərbaycanın iqtisadi gücü, maliyyə imkanları olduqca genişdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB