Gömrük-sərhəd məntəqəsində gözləyən yük maşınlarının sayı açıqlanıb
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 490 yük maşını gözləyir. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bildirilib ki, “Biləsuvar” gömrük postunda 35, Astara gömrük postunda 15, “Mazımqara” gömrük postunda 14, “Samur” gömrük postunda 35 və “Xanoba” gömrük postunda 0 yük maşını var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB