"Mağaza xırda qəpikləri ödəniş vasitəsi kimi qəbul etmək məcburiyyətindədir" - EKSPERT AÇIQLADI

"Mağaza xırda qəpikləri ödəniş vasitəsi kimi qəbul etmək məcburiyyətindədir" - EKSPERT AÇIQLADI

Bəzən mağazalarda alış-veriş zamanı 1,3,5 qəpiklərin qəbul edilmədiyinin şahidi oluruq. Bu zaman vətəndaş nə etməlidir? Mövzu ilə bağlı SİA-ya danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, burada günahkar xırda pulu qəbul etməyən mağazalardır.

Onun sözlərinə görə, bütün xırda pullar ölkənin milli valyutasıdır: “Qəpik yaxud manat olmasından asılı olmayaraq qəbul etməlidirlər. Mağaza vətəndaşın hüququnu pozursa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək şikayətini bildirə bilər”.

X.Kərimli qeyd edib ki, mağazalar həmin qəpikləri yığıb banka təhvil verə bilər, burada heç bir narahatlıq məsələsi yoxdur: “Ola bilsin ki, mağazanı narahat edən məsələ həmin qəpikləri vətəndaşa verdikdə vətəndaşların narazı qalmasıdır. Amma bu heç bir əsas deyil. Bu qanun pozuntusudur və mağaza bunu ödəniş vasitəsi kimi qəbul etmək məcburiyyətindədir”

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə