"Lukoyl Abşeron Eksploreyşn Limited" şirkətinin yerli nümayəndəliyi ləğv olunur

"Lukoyl Abşeron Eksploreyşn Limited" şirkətinin yerli nümayəndəliyi ləğv olunur

"Lukoyl Abşeron Eksploreyşn Limited" şirkətinin yerli nümayəndəliyi ləğv olunduğunu elan edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində nümayəndəliyin yerləşdiyi Bakı şəhəri, Səbai̇l rayonu, Zeynalabdi̇n Tağıyev küçəsi, ev 13 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, nümayəndəlik 2022-ci ilin yanvar ayında Rusiyanın "Lukoyl" şirkətinin yerli törəməsi - “Lukoyl-Azərbaycan” QSC ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi isə Elnur Vaqif oğlu Qurbanovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə