Azərbaycanda 2024-cü ildə devalvasiya gözlənilirmi? - EKSPERTLƏR AÇIQLADI

Azərbaycanda 2024-cü ildə devalvasiya gözlənilirmi? - EKSPERTLƏR AÇIQLADI

Son zamanlar Azərbaycanda ABŞ dollarına tələbatın artdığı müşahidə edilir. Bu hal nədən xəbər verir? Azərbaycanda devalvasiya olacağı gözlənilirmi? SİA mövzu ilə bağlı ekspertlərin fikrini öyrənib.

İqtisadçı ekspert Xalid Kərimlinin fikrincə, Azərbaycanda 2024-cü il üçün devalvasiya gözləntisi yoxdur: “Ölkədə dollara olan tələbatın artması sırf dekabr ayı ilə bağlı məsələdir. Yanvar-fevral aylarında hansısa ciddi artım olacağı gözlənilmir. Bundan əlavə valyuta dəyişmə məsələləri üzərində ciddi nəzarət mövcuddur. Bu sahədə həm inzibati, həm də iqtisadi nəzarət həyata keçirilir. Neft və qazın qiymətləri yüksək olaraq qalır, bu baxımdan il ərzində devalvasiya gözlənilmir”.

İqtisadçı ekspert Elçin Məmmədov isə bildirib ki, devalvasiya o halda olur ki, Mərkəzi Bank valyuta məzənnəsini sabit saxlanmasına dair öhdəlik götürür ve daha sonra məzənnənin dəyişdirilməsinə qərar verir: “Yəni məzənnə bazarda formalaşan tələb təklif əsasında müəyyən edilir. Hazırda Azərbaycanda manatın dollara qarşı məzənnəsi formal olaraq üzən məzənnədir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə