Neft qiymətləri cüzi artıb

Dünya bazarında neft qiymətləri cüzi artıb. SİA xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1barel üçün 77,59 ABŞ dolları təşkil edib və bu, əvvəlki sessiyanın yekun qiymətindən 0,57 % çoxdur.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin fevral fyuçersləri 0,43 % bahalaşaraq 1 barel üçün 72,08 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə