2023-cü ilin yanvar-noyabr dövründə Türkiyənin maşın ixracatı

2023-cü ilin yanvar-noyabr dövründə Türkiyənin maşın ixracatı

2023-cü ilin yanvar-noyabr dövründə Türkiyənin maşın ixracı 25,8 milyard dollara çatıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, maşın İxracatçıları Birliyinin (MAİB) verdiyi məlumata görə, Türkiyənin sərbəst zonalar da daxil olmaqla, ümumi maşın ixracı 2023-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artaraq 25,8 milyard dollarlıq olub.

Almaniya, Rusiya, ABŞ, İtaliya, İngiltərə, Fransa və İspaniyadan ibarət ilk 7 bazara sektorun ümumi satışları 17 faiz artaraq 10 milyard dolları keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə