“Yol tikintisi ölkə iqtisadiyyatı üçün müsbət bir haldır” - MÜNASİBƏT

“Yol tikintisi ölkə iqtisadiyyatı üçün müsbət bir haldır” - MÜNASİBƏT

“Prezident İlham Əliyev Astara rayonunun Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Tikintinin aparılmasına 800 min manat ayrılıb”. Bunu SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, avtomobil yollarının təmiri və bərpası bilavasitə həm əhali, həm sahibkarlar, həm də ölkə iqtisadiyyatı üçün müsbət bir haldır: “Çünki bu lagistika xərclərinin aşağı salınmasına eyni zamanda, iqtisadi fəaliyyətin daha səmərəli təşkili olunmasına xidmət edən vacib infrastrukturun tərkibidir. Ona görə də, bu tədbir təqdirdə layiqdir. Əsasən də nəzərə almaq lazımdır ki, yol tikintisi və bərpası bilavasitə işğaldan azad olunmuş ərazilərin quruculuq bərpa işləri ilə paralel aparır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə