"Bölgələrdə iqtisadiyyatın inkişafına təkan verəcək amil nəqliyyatdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Məlumdur ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Astara rayonunun Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı 800 min manat vəsait ayrılıb. Azərbaycan yolların səviyyəsinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Bu gün ölkə iqtisadiyyatının inkişaf etdirilməsində yol infrastrukturunun yenilənməsi çox əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, xüsusilə, bölgələrdə iqtisadiyyatın inkişafına təkan verəcək amil nəqliyyatdır: "Avtomagistral yolların daha da müasir tələblərə uyğunlaşdırılması vacib rol oynayır. Azərbaycan Orta Dəhliz üzərində ən böyük logistik imkanlara malik bir ölkədir. Həm şərq və qərb, həm də cənub və şimal arasındakı beynəlxalq yükdaşımalarda ölkəmiz əhəmiyyətli rola sahibdir. Astara da bizim cənub bölgəmizdə yerləşən önəmli rayonlardandır. Cənub bölgəsində iqtisadiyyatın inkişafı, vətəndaşların rahatlığının təmin olunması baxımından vəsaitin ayrılması müsbət bir haldır. Avtomobil yollarının tikintisinə vəsaitin ayrılması iqtisadi infrastrukturların, eyni zamanda aqrar sahənin, sənayenin, turizmin inkişafına böyük təkan verəcək".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB