ADRA Ulu Öndərin 100 illiyinə həsr olunan tədbir keçirir - YENİLƏNİR - FOTOLAR
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirir. SİA xəbər verir ki, əvvəlcə Fəxri Xiyabanda Ulu Önderin xatirəsinə ehtiram bildirilib, məzarı önünə gül dəstələri qoyulub. Daha sonra tədbirdə Dahi Lider ve şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının himnləri səsləndirilib.
Tədbirdə Türkiyə Respublikasının Açıq Məkanda Reklam Sınayeçiləri İctimai Birliyinin sədri Şahin Acar, ADRA Aparatının rəhbəri Nahid Qasımov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB