Qabarda gündəlik neft hasilatı 30 min barrelə çatdı

Türkiyə Neft Şirkəti – TPAO “X” sosial media hesabında etdiyi paylaşımda bildirib ...

Türkiyənin Şırnak rayonunun Qabar dağı bölgəsində gündəlik neft hasilatı 30 min barrelə çatıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə Neft Şirkəti – TPAO “X” sosial media hesabında etdiyi paylaşımda bildirib: "Qabarda rekord hasilat. Gündə 30 min barel neft.

Şırnakın Qabar dağı bölgəsində Şəhid Əsma Çevik və Şəhid Aybüke Yalçın yataqlarında açdığımız 23 quyuda gündəlik 30 min barel neft hasilatına çatdıq. 2023-cü il hədəfimiz ilin sonunadək gündəlik 35 min, 2024-cü ilin sonu üçünsə 100 min barrel neftdir. Bu uğur ölkəmizin enerji müstəqilliyi istiqamətində atdığımız möhkəm addımların əksidir. Biz bunu qürurla paylaşırıq."

Bütün xəbərlər Facebook səhifəmizdə