"Azad edilən ərazilərdə yolların bərpası iqtisadiyyata böyük təsir göstərir" - EKSPERT İZAH ETDİ
“İşğaldan azad olmuş bölgələrin iqtisadiyyata reinteqrasiyasının həyata keçirilməsi, həmçinin “Böyük Qayıdış” proqramı çərçivəsində investisiyaların qoyulması proseslərin sürətləndirilməsinə əhəmiyyətli təsir göstərəcək”. Bu barədə SİA-ya açıqlamasında
iqtisadçı ekpert Eyyub Kərimli bildirib.
Ekspertin sözlərinə görə, İnvestisiya qoyuluşu məskunlaşmanın daha sürətlə aparılmasına, yeni iş yerlərinin yaradılmasına və sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaranmasına böyük faydası və töhfəsi olacaq: “Bu baxımdan Laçın-Şuşa yolunun yenidən qurulması öz növbəsində Qarabağ iqtisadi zonasının inkişafına və iqtisadi dirçəlişinə əhəmiyyətli təsir göstərəcək. Çünki yol infrastruktur layihəsidir, yol olanda sahibkarlığın, turizmin inkişafına, iqtisadi aktivliyin daha da fəallaşmasına böyük təsir göstərir. Həmin bölgələrə yolun çəkilməsi və digər infrastruktur layihələrinin həyata keçirilməsi bölgənin iqtisadi inkşafının sürətlənməsinə və ümumi ölkənin iqtisadiyyatına reinteqrasiyasının sürətlənməsinə çox böyük təsirləri olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB